Xəbər lenti

"Qarabağ" "Keşlə"ni böyük hesabla məğlub etdi
İdman17:12 03.12.2018

"Qarabağ" "Keşlə"ni böyük hesabla məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.
Qaynarinfo  xəbər verir ki, turun son oyununda "Qarabağ" "Keşlə"ni qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın 3 qolunu Mahir Mədətov vurub. 21 yaşlı hücumçu oyunun 6, 53 və 78-ci dəqiqələrdə fərqlənməklə het-trik edib. Komandanın digər qollarını isə 50-ci dəqiqədə Filip Ozobiç və 55-ci dəqiqədə Abdullah Zubir vurub. "Keşlə"nin yeganə qoluna isə 21-ci dəqiqədə Slavik Alxasov imza atıb.
Turnir cədvəlində ikinci pillədə qərarlaşan son ölkə çempionu bu qələbədən sonra xallarının sayını 27-ə çatdırıb. "Keşlə" isə 9 xalla sonuncu - səkkizinci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər matçında "Qəbələ" evdə "Zirə" ilə heç-heçə edib - 0:0. Dekabrın 1-də keçirilmiş oyunlarda "Neftçi" səfərdə "Sabah"a 2:1, "Sumqayıt" isə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəlib. 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!