Xəbər lenti

"Qarabağ" liderliyi əldən vermədi (VİDEO)
İdman16:45 26.11.2017

"Qarabağ" liderliyi əldən vermədi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasında XIII tura yekun vurulub. Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə daha iki görüş baş tutub.
Günə turnir cədvəlində qonşu olan "Sumqayıt" və "Səbail" qarşılaşması ilə start verilib. Meydan sahibləri ilk "üçlçük"dən daha da uzaq düşməmək, qonaqlar isə rəqiblə xal fərqini aradan qaldırmaq üçün qələbə arzusunda idi. Lakin tərəflərdən heç biri qol vura bilməyib və oyun 0:0 hesabı ilə yekunlaşıb.
Turun son matçında isə lider "Qarabağ" "Zirə”ni sınağa çəkib. Qurban Qurbanovun yetirmələri heç vaxt uduzmadıqları, amma son iki görüşdə heç-heçə etdikləri "Zirə”nin müqavimətini bu dəfə qırıb. Paytaxt təmsilçisi heç vaxt məğlub etmədiyi rəqiblə oyunda yenə qələbəyə həsrət qalıb. "Qarabağ" 3:2 hesablı qələbə qazanaraq, liderliyini qoruyub, "Zirə" isə ikinci pilləni də əldən verib.
Qeyd edək ki, turun ilk iki oyununda "Qəbələ" "Kəpəz"ə 6:1, "Neftçi" "Keşlə"yə3:1 hesabı ilə qalib gəlib.
Premyer Liqa
II dövrə, XIII tur
26 noyabr
Sumqayıt - Səbail 0:0
Sumqayıt şəhər stadionu.
  
Zirə - Qarabağ 2:3
Qollar: Vüsal İsgəndərli, 51. Riçard Qadze, 67 - Riçard Almeyda, 21. Dino Ndlovu, 26. Mahir Mədətov, 62.
Zirə İdman Kompleksinin stadionu.
  

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

12

10

1

1

22:6

31

2

Qəbələ

13

9

1

3

25:14

28

3

Zirə

13

8

3

2

22:11

27

4

Sumqayıt

13

5

2

6

14:17

17

5

Neftçi

13

5

1

7

17:15

16

6

Səbail

12

4

1

7

9:18

13

7

Keşlə

13

2

2

9

9:21

8

8

Kəpəz

13

2

1

10

10:26

7

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 8. Mahir Mədətov (Qarabağ), Riçard Qadze (Zirə) - 6. Amil Yunanov (Sumqayıt) - 5.

Fanat.Az