UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində baş tutacaq "Qarabağ" - "Marsel" matçının hakimləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Bartosz Frankovskiyə, meydanın kənarından Marcin Boniek, Jakub Vinkler yardım edəcək. Dördüncü hakim funksiyasını isə Krzysztof Jakubik yerinə yetirəcək.
Görüş fevralın 24-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Səbuhi Həsənov