Xəbər lenti

“Qarabağ” - “Marsel” oyunu üçün bilet satışı dayandırıldı
İdman10:42 20.02.2022

“Qarabağ” - “Marsel” oyunu üçün bilet satışı dayandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "Qarabağ” və Fransanın "Marsel” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün bilet satışı dayandırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam klubunun səhifəsində məlumat yayılıb.
Bildirilib ki, sistemdə aparılan yeniləmə işlərinə görə matça bilet satışı bu gün ərzində baş tutmayacaq.
Sabah saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ” 1:3 hesabı ilə uduzub.