
Bu gün Topaz Premyer Liqanın 35-ci turun oyunları keçirilib.
Axar.az xəbər verir ki, çempion "Qarabağ" autsayder "Rəvan"ın qonağı olub.
İkinci heyətlə oynayan Ağdam təmsilçisi bu qarşılaşmada uduzub: 2-1.
Paytaxt derbisində "Neftçi" "İnter"lə qarşılaşıb. Məhsuldar keçən matçda meydan sahibləri 4:2 hesabı ilə qələbə qazanıb.
"Qəbələ" isə AZAL-ı məğlub edib. 20 və 86-cı dəqiqələrdə vurulan iki qolla bölgə təmsilçisi qələbə qazanıb.
Autsayder "Xəzər Lənkəran" evdə "Sumqayıt"I qəbul edib. Matç 1:2 hesabı ilə qonaqların xeyrinə olub.
Günün sonuncu qarşılaşması paytaxtda keçirilib. "Zirə" - "Kəpəz" oyununda qalib müəyyənləşməyib: 2-2.
Qaynarinfo.az