Xəbər lenti

“Qarabağ” - “Neftçi” oyununda qalmaqal - FOTOLAR
İdman19:23 25.05.2016

“Qarabağ” - “Neftçi” oyununda qalmaqal - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunun final görüşü başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, həlledici qarşılaşmada “Qarabağ” “Neftçi”yə qalib gələrək kuboka sahiblənib.
Gərgin keçən qarşılaşmada oyunçuların da əsəbləri tarıma çəkilib. Oyunda 120-ci dəqiqədə vurulan yeganə qoldan sonra futbolçular arasında gərginlik artıb.
“Qarabağ”ın braziliyalı oyunçusu Reynaldo rəqib komandanın futbolçusuna qarşı kobud hərəkət edərək, topsuz vəziyyətində onun ayağına toxunub. Hakim bunu qırmızı vərəqə ilə qiymətləndirib və Reynaldo meydançadan uzaqlaşdırılıb. O isə buna etiraz edərək rəqib futbolçunun üzərinə gedib.
Bundan başqa, “Neftçi”nin paraqvaylı futbolçusu Erik Ramos da ispan Dani Kintanaya qarşı etdiyi kobud hərəkətdən sonra meydandan kənarlaşdırılıb.
Qaynarinfo.az