Xəbər lenti

"Qarabağ" "Neftçi"yə uduzdu
İdman15:04 28.10.2018

"Qarabağ" "Neftçi"yə uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Topaz Premyer Liqasında IX tura yekun vurulub.
Qaynarinfo xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Əvvəlcə "Bayıl Arena"da "Səbail" və "Keşlə" üz-üzə gəib. Hesabı 24-cü dəqiqədə penaltidən Yevgeni Koçuk açıb. 5 dəqiqə sonra Fəhmin Muradbəyli fərqi artırıb. İkinci yarının əvvəlində ilk qolun müəllifi Yevgeni Koçuk meydandan qovulub. 90+2-ci dəqiqədə isə Denis Silva "Keşlə"nin təsəlli qolunun müəllifi olub. Bununla da "Səbail" 2:1 hesablı qələbə qazanıb. Bu onların cari mövsümdə 5-ci qələbəsi olub. "Səbail" "Zirə" və "Qarabağ" üzərində texniki qələbələrdən başqa daha 3 oyunda sevinməyi bacarıb. Komanda "Qarabağ" və "Sabah"la 2-5-ci pillələri bölüşür. İlk qələbəsini ötən tur autsayder "Zirə" üzərində əldə edən "Keşlə" isə 7-ci pillədədi.
Turun son matçında "Neftçi" və "Qarabağ" qarşılaşıb. Komandalar II dövrəyə məğlubiyyətlə başlamışdı. "Ağ-qaralar" səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzmuş, Ağdam təmsilçisi isə evdə "Səbail"i məğlub etsə də, meydana adı protokolda göstərilməyən oyunçunun çıxması səbəbindən texniki məğlubiyyətlə üzləşmişdi. Bu gün "Neftçi" bir turdan sonra qələbə qazanıbsa, "Qarabağ" ardıcıl ikinci yenilgini alıb. Hesab 10-cu dəqiqədə açılıb. Abbas Hüseynovun avtoqolu "Neftçi"ni sevindirib. 25-ci dəqiqədə Mirabdulla Abbasov meydan sahiblərinin ikinci qolun vurub. 85-ci dəqiqədə Mahir Mədətov fərqi alatsa da, 3 dəqiqə sonra Baqali Dabo "Neftçi"nin növbəti qolunu vurub - 3:1.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Qəbələ" matçında isə heç-heçə (2:2) qeydə alınıb.
Premyer Liqa
I dövrə, IX tur
28 oktyabr
Səbail - Keşlə 2:1
Qollar: Yevgeni Koçuk, 24-pen. Fəhmin Muradbəyli, 29 - Denis Silva, 90+2.
Qırmızı vərəqə: Yevgeni Koçuk, 48.
"Bayıl Arena”.
Neftçi - Qarabağ 3:1
Qollar: Abbas Hüseynov, 10 (avtoqol). Mirabdulla Abbasov, 25. Baqali Dabo, 88 - Mahir Mədətov, 85.
"Bakcell Arena”.

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

9

7

1

1

19:7

22

2

Qarabağ

8

5

1

2

14:10

16

3

Səbail

9

5

1

3

12:11

16

4

Sabah

9

5

1

3

8:9

16

5

Sumqayıt

9

3

2

4

10:11

11

6

Qəbələ

9

2

3

4

12:13

9

7

Keşlə

8

1

2

5

7:12

5

8

Zirə

9

1

1

7

7:16

4

Bombardirlər

Marko Deviç (Sabah), Baqali Dabo (Neftçi) - 5. İnnosent Emeqara (Qarabağ) - 4.

Qeyd

İntizam Komitəsinin qərarına əsasən IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0-3 hesablı texniki məğlubiyyət verilib.