Xəbər lenti

"Qarabağ" növbəti ev oyununu da Türkiyədə keçirəcək
İdman12:15 14.11.2020

"Qarabağ" növbəti ev oyununu da Türkiyədə keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turunda Türkiyə "Sivasspor"una qarşı keçirəcəyi ev matçının məkanı müəyyənləşib.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 26-dakı qarşılaşma Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq.
"Qarabağ" daha əvvəl "Sivasspor"la matçın Bakıda keçirilməsi üçün Avropa futbol qurumuna müraciət edib.
Ağdam təmsilçisi II turda İspaniya "Vilyarreal"ına eyni arenada 1:3 hesabı ilə uduzub. Ölkə çempionu Azərbaycandakı hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.