Xəbər lenti

"Qarabağ" pley-off-da
İdman22:22 09.12.2021

"Qarabağ" pley-off-da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" Konfrans Liqasının qrup mərhələsi çərçivəsində sonuncu matçını keçirib.
 
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi İsveçrədə "Bazel"in qonağı olub. Matçın əvvəllərində "Qarabağ" hesabı açan tərəf olsa da ədalətsizliklə üzləşib. Hakimlər ağdamlıların vurduğu qol hakim haqsılığı nəticəsində qeydə alınmayıb. Bundan sonra qarşılaşmada İsveçrə klubu üstün tərəfə çevrilib. 90 dəqiqənin sonuna qədər qapısından 3 qol buraxan Qurban Qurbanovun komandası məğlubiyyətlə üzləşib - 0:3. Nəticə etibarilə ağdamlılar Konfrans Liqasının 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq. Qrup mərhələsini lider kimi tamamlayan "Bazel isə 1/8 finala vəsiqəni təmin edib.
Qrupun digər matçında Qazaxıstan "Kayrat”ı Kiprdə "Omoniya” ilə qolsuz heç-heçə edib.
Səbuhi Həsənov