Xəbər lenti

«Qarabağ» Polşa təmsilçisini məğlub edib
Ölkə17:59 18.07.2013

«Qarabağ» Polşa təmsilçisini məğlub edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına start verilib. Qitə miqyaslı klub turnirində təmsilçimiz “Qarabağ” ilk görüşünü evdə keçirib. Qurban Qurbanovun yetirmələrinin rəqibi Polşanın “Pyast” klubu olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçən oyun 2:1 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. Oyunda ilk topu qonaqlardan Marçin Robak (19) vurub. 40-cı dəqiqədə Almeyda hesabı bərabərləşdirib. 83-cü dəqiqədə isə Reynaldo «Qarabağ»ı irəli çıxarıb. Cavab görüşü bir həftədən sonra keçiriləcək.

Qaynar.info