Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ovusu Kvabenanın keçidini rəsmiləşdirib. 23 yaşlı qanalı hücumçunun müqaviləsinin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, 22 yaşlı forvard 2019/20 mövsümünün ilk yarısında icarə əsasında "Kordoba"da oynayıb (18 oyun, 6 qol). Artıq "Leqanes" Qana millisinin üzvünün "Qarabağ"a keçidinə razılıq verib. O, ötən ildən dəvət aldığı Qana millisində 3 oyun keçirib.