Xəbər lenti

"Qarabağ" Qazaxıstanda önəmli matçda qalib gəldi
İdman17:28 04.11.2021

"Qarabağ" Qazaxıstanda önəmli matçda qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın avrokuboklardakı tək təmsilçisi "Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq. 
Qaynarinfo xəbər verir ki, Azərbaycan təmsilçisi bu turnirin qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Kayrat”la qarşılaşacaq.
Qazaxıstan təmsilçisi ilə görüş Almatı şəhərindəki "Ortalık” stadionunda baş keçirilir. Qarşılaşmanı moldovalı referi Dumitri Muntean idarə edəcək.
"Qarabağ” H qrupunda 7 xalla 2-ci sıradadır. İsveçrənin "Bazel” komandası da eyni xalı olsa da, daha çox qol vurduğu üçün 1-ci pillədə qərarlaşıb. "Kayrat” 3-cü, Kipr "Omoniya”sı 4-cüdür.
Qrupun digər matçında "Bazel” qonaq qismində "Omoniya”nı sınağa çəkəcək.
 
Avropa Konfrans Liqası
H qrupu
4 noyabr
 
19:30. Kayrat (Qazaxıstan) – Qarabağ 1:2
Qollar: Xose Kante, 68. - İbrahima Vaci, 57, Abdellah Zubir, 72.
Baş hakim: Dumitru Muntean (Moldova).
Almatı. "Ortalık” stadionu.