Xəbər lenti

"Qarabağ" - "Qəbələ" oyununun vaxtı müəyyənləşdi
İdman13:53 27.02.2022

"Qarabağ" - "Qəbələ" oyununun vaxtı müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun oyun cədvəli məlum olub.
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun bütün görüşləri "CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Tura martın 5-də "Zirə” – "Sumqayıt” matçı ilə start veriləcək. XVIII tur martın 6-da "Qarabağ" - "Qəbələ" qarşılaşması ilə başa çatacaq.
5 mart (şənbə)
17:00. "Zirə” – "Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
19:15. "Neftçi” – "Səbail”
"Bakcell Arena”
6 mart (bazar)
17:00. "Keşlə” – "Sabah”
"ASK Arena”
19:15. "Qarabağ” – "Qəbələ”
"Azersun Arena”