Xəbər lenti

“Qarabağ” Ramil Şeydayevlə yolları ayırır
İdman07:52 26.02.2018

“Qarabağ” Ramil Şeydayevlə yolları ayırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu mövsümün sonu "Qarabağ”dan göndəriləcək bir futbolçunun adına böyük ölçüdə aydınlıq gəlib.
Qaynarinfo qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu millimizin hücumçusu Ramil Şeydayevlə yolları ayırmaq niyyətindədir. Buna səbəb gənc futbolçunun baş məşqçi Qurban Qurbanovun etimadını doğrultmayaraq əsas heyətə düşə bilməməsidir.
Qeyd edək ki, Şeydayev "Qarabağ”a ötən ilin yayında transfer olunsa da, indiyədək bu komandada ümidləri doğrultmayıb. Onun Ağdam klubundan ayrıldıqdan sonra müqavilə ilə məxsus olduğu "Trabzonspor”a qayıdacağı gözlənilir.