Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinə start verilib.
Ağdamın “Qarabağ” Ağdam klubu ikinci təsnifat mərhələsində Maltada yerli “Valletta” komandası ilə qarşılaşıb. Əsasən “Qarabağ”ın üstünlüyü ilə keçən oyun 1-0 hesabı ilə Ağdam klubunun xeyrinə başa çatıb. “Qarabağ”ın qolunu 17-ci dəqiqədə Çumbinyo vurub.
Oyunun 84-cü dəqiqəsində isə “Valletta”nın oyunçusu Daniel Camiller qırmızı vərəqə ilə meydandan qovulub.
85-ci dəqiqədə isə rəqibin qapısına təyin olunan penaltini Riçard Almeyda qola çevirə bilməyib. Onun zərbəsini qapıçı Vella dəf edib. Ümumiyyətlə rəqibin qapıçısı çox güclü oynayıb və hesabın artmasına dəfələrlə imkan verməyib.