Azərbaycan Premyer Liqasında 10-cu turun oyunlarına start verilib.
"Qaynarinfo"nun xəbərinə görə, turun açılış matçında "Qarabağ” klubu paytaxtın "Səbail” komandasını qəbul edib.
Qarşılaşmaya sürətli başlayan komandamız ilk hissədə bir neçə qol epizodları yaratsa da, bu fürsətlərdən istifadə edə bilmədi. İkinci hissədə də oyuna nəzarəti əlində saxlayan komandamız istəyinə matçın 90-cı dəqiqəsində çatıb. Əfran İsmayılov cərimə zərbəsindən möhtəşəm qolla yadda qalıb.
"Qarabağ” - "Səbail” 1:0
Qaynarinfo.Az