Xəbər lenti

"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi
İdman17:36 01.04.2019

"Qarabağ" "Sumqayıt"ı böyük hesabla məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun son oyunu keçirilib. 
Qaynarinfo xəbər verir ki, autsayder "Sumqayıt" "Kapital Bank Arena"da son 5 mövsümün çempionu "Qarabağ"ı qəbul edib.
Görüşdən əvvəl hər iki komandanın ifasında Aprel döyüşlərinin üçüncü ildönümü münasibətilə tədbir təşkil olunub. Lakin görüş heç də dostcasına keçməyib. "Qarabağ" hər hissədə 3 top vuraraq 6:0 hesabı ilə qalib gəlib.
Hesabı 17-ci dəqiqədə Dani Kintana açıb. 20 və 40-cı dəqiqələrdə Mahir Mədətov fərqlənərək "dubl" edib.
Darmadağına 50-ci dəqiqədə Filip Ozobiç qoşulub. Oyunda son sözü isə 78 və 84-cü dəqiqələrdə Abdullah Zubir deyib.
Bu qələbə sayəsində xallarını 48-ə çatdıran "Qarabağ" "Neftçi"nin liderliyinə şərik olub. "Sumqayıt" isə 17 xalla 8-ci pillədə qalıb.
Qeyd edək ki, turun digər görüşlərində "Səbail" səfərdə "Zirə"ni 2:1, "Neftçi" "Keşlə"ni 1:0 hesabı ilə məğlub edib. "Qəbələ" - "Sabah" matçında isə hesab açılmayıb. (unikal.org)