Xəbər lenti

"Qarabağ" xorvat futbolçu ilə anlaşdı (FOTOLAR)
İdman07:55 27.06.2021

"Qarabağ" xorvat futbolçu ilə anlaşdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qarabağ" daha bir futbolçusu ilə razılığa gəlib.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçlə müqavilənin müddətini uzadıb.
30 yaşlı oyunçu "köhlən atlar"la 2 illik yeni sözləşməyə imza atıb. Klub yaxın vaxtlarda bunu rəsmən açıqlayacaq.
Qeyd edək ki, Filip Ozobiç 2018-ci ildən "Qarabağ"da çıxış edir. O, daha əvvəl Azərbaycanda "Qəbələ"nin formasını geyinib.