Xəbər lenti

"Qarabağ" yarımfinala böyükhesablı qələbə ilə yüksəldi
İdman15:56 11.02.2022

"Qarabağ" yarımfinala böyükhesablı qələbə ilə yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində bu gün bir oyun keçirilib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ" "ASK Arena"da kubokun son qalibi "Keşlə"nin qonağı olub. Görüşdə Qurban Qurbanovun komandası rəqibini böyükhesablı məğlubiyyətə uğradıb - 6:0. İlk görüşdə vurulan qolu da nəzərə alsaq, iki oyunun nəticəsinə görə ümumi hesab 7:0 olub.
"Qarabağ"ın qollarına Patrik Andrade (9), İbrahima Vadji (17, 45), Ramil Şeydayev (43-p. 84) və Musa Qurbanlı (79) imza atıb. 
Beləliklə, cari mövsüm ölkə kubokunda ilk yarımfinalçı məhz Ağdam komandası olub.
1/4 final mərhələsinin digər cavab matçları qarşıdakı iki gün ərzində keçiriləcək. Ayın 12-də "Sabah" "Neftçi"ni qəbul edəcək, 13-də "Qəbələ" doğma meydanda "Sumqayıt"la, "Səbail" isə "Zirə" ilə qarşılaşacaq.
Səbuhi Həsənov