"Qarabağ" "Marsel"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Qaynarinfo xəbər verir ki, Fransa klubu ilə UEFA Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacaq Ağdam təmsilçisinin siyahısına yeni transferlər - qapıçı Luka Quqeşaşvili, yarımmüdafiəçi Leandro Andrade və hücumçu Rüstəm Əhmədzadə daxil edilib.
Kipr təmsilçisi AEK-ə (Larnaka) icarəyə verilmiş Qaspar Panadero, uzun müddətdir zədədən əziyyət çəkən Xayme Romero və Türkiyədəki təlim-məşqç toplanışında zədələnmiş Hüseyn Hüseynzadə heyətdən kənarda qalıb.
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 89. Amin Ramazanov, 23. Luka Quqeşaşvili, 94. Ayhan Arazlı (B siyahısı)
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 24. Zamiq Əliyev (B siyahısı), 29. Marko Veşoviç, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 83, Nihad Quliyev (B siyahısı), 15. Leandro Andrade
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 27. Toral Bayramov (B siyahısı)
Hücumçular: 22. Musa Qurbanlı (B siyahısı), 25. İbrahima Vadji, 77. Ramil Şeydayev, 97. Rüstəm Əhmədzadə
"Marsel"lə ilk görüş fevralın 17-də səfərdə, cavab qarşılaşması isə fevralın 24-də evdə baş tutacaq.
Səbuhi Həsənov