Xəbər lenti

“Qarabağ”da ciddi itki - 5 ay oynamayacaq
İdman16:17 19.09.2014

“Qarabağ”da ciddi itki - 5 ay oynamayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qarabağ” ciddi itki ilə üzləşib.


Qol.az xəbər verir ki, dünən Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”lə oyununda zədə alan və matçı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan braziliyalı Cumbinyonun uzun müddətə sıradan çıxdığı müəyyənləşib.

Bu gün tibbi müayinədən keçən təcrübəli yarımmüdafiəçinin dizində qırıq aşkarlanıb. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Qol.Az-a verdiyi məlumata görə, Cumbinyo beş aydan sonra yaşıl meydanlara qayıdacaq.

Bu isə o deməkdir ki, o, Avropa Liqasının qrup mərhələsinin bütün oyunlarını, eləcə də Azərbaycan çempionatının bir sıra vacib matçını buraxmalı olacaq.

Qaynar.info