Xəbər lenti

"Qarabağ"da gözlənilməz ayrılıq
İdman08:46 10.05.2018

"Qarabağ"da gözlənilməz ayrılıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son Azərbaycan çempionu "Qarabağ”dan ayrılacaq ilk futbolçunun adına aydınlıq gəlib.
Qaynarinfo xəbər verir ki, Yenicag.az-ın əldə etdiyi məlumata görə, söhbət Riçard Almeydadan gedir.
Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuya yeni sözləşmə təklif edilsə də, "sambaçı” bunu qəbul etməyib.
Millimizin 29 yaşlı yarımmüdafiəçisi karyerasını başqa ölkədə davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, "Qarabağ”ın ən yüksək ödənişli futbolçusu olan Riçard Almeyda "Qarabağ”da 2012-ci ildən çıxış edir.