Xəbər lenti

“Qarabağ”da itki: 6 ay oynamayacaq
İdman13:37 29.03.2015

“Qarabağ”da itki: 6 ay oynamayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Malta oyununda zədələnən "Qarabağ"ımızın yarımmüdafiəçisi Namiq Ələsgərovun durumun ciddi olduğu müəyyənləşib.

Qaynar.info-nun klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün yarımmüdafiəçi müayinə edilib.

Müayinəndən sonra futbolçunun ön carpaz bağlarının sıradan çıxdığını müəyyənləşib. Bu səbəbdən N.Ələsgərovun 5-6 ay yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Klubun saytına açıqlamasında o bildirib: "Nə deyə bilərəm? Təbii ki, heç bir futbolçu zədələnmək istəməz. Amma futbolda zədələr qaçınılmazdı. İndi əməliyyat lazımdıe. Səbrlə dözüb sağalmaq üçün çalışmalıyam. Ağır zədədir. Amma edə biləcəyimiz bir şey yoxdur”. 

Qaynar.info