Xəbər lenti

“Qarabağ”dan Çempionlar Liqası rekordu: 4-0 (VİDEO)
İdman05:01 23.07.2014

“Qarabağ”dan Çempionlar Liqası rekordu: 4-0 (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, "Qarabağ" doğma meydanda Maltanın "Valletta" klubunu qəbul edib.

Səfərdə 1:0 hesablı qələbə qazanan Azərbaycan çempionu evdə darmadağına sevinib - 4:0. Hesabı 15-ci dəqiqədə Reynaldo açıb. 48-ci dəqiqədə fasilədə meydana çıxan Vüqar Nadirov Çumbinyonun fərqlənməsinə şərait yaradıb. 57-ci dəqiqədə İlqar Qurbanovun ötürməsini Danilo Dias qola çevirib. 80-ci dəqiqədə isə Vüqar Nadirovun ikinci məhsuldar ötürməsindən Leroy Corc yararlanaraq, matçın hesabını müəyyənləşdirib.

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Avstriyanın "Zalsburq" klubu ilə qarşılaşacaq.

Qarabağ (Azərbaycan) - Valletta (Malta) 4:0
Qol: Reynaldo, 15. Vüqar Nadirov, 48. Danilo Dias, 56. Leroy Corc, 80.


Malta “Valetta”sını mərkəzi arenada 4 cavabsız qolla yenən “Qarabağ” ölkə futbolunda rekord müəyyənləşdirib. Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasında səfərdə minimal hesabla üstələdiyi rəqibi Bakıda darmadağın edən ağdamlılar bu turnirdə Azərbaycan təmsilçilərinin ən böyükhesablı zəfərinə imza atıb.

Bu, həm də “köhlən atlar”ın avrokuboklarda reallaşdırdığı ən parlaq ev qələbəsidi. Belə ki, daha öncə Qurban Qurbanovun yetirmələri Qarqjday “Banqa”sına səfərdə 4:0 acısı yaşatsa da, Azərbaycanda belə darmadağına sevinməmişdi.

Onu da qeyd edək ki, indiyədək avrokuboklarda heç bir Azərbaycan komandası "doğma divarlar" arasında rəqibini qol buraxmadan 4 dəfə oyuna mərkəzdən başlamağa məcbur etməmişdi.

Qaynar.info