"Atletiko” ilə Bakıdakı matçda zədələnən "Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun uzun müddətə sıradan çıxdığı məlum olub.
"Qaynarinfo" apasport.az-a istinadən xəbər verir ki, bu günlərdə əməliyyat olunan müdafiəçinin zədəsini sağaltması prosesi əvvəlcə təxmin olunan müddətdən çox çəkəcək.
Bu isə o deməkdi ki, Hüseynov "Atletiko” ilə səfərdəki qarşılaşma ilə yanaşı, hələ xeyli oyunu buraxmalı olacaq. Onun ilin sonuna qədər yaşıl meydana çıxmayacağı dəqiqdi. Bədavinin hətta 8 ay ərzində "Qarabağ”ın və millinin formasını geyinməyəcəyi də istisna edilmir.
Qeyd edək ki, Bədavi Hüseynov 2012-ci ildən Ağdam klubunun üzvüdü.
Qaynarinfo.Az