Avropada son 10 ilin ən yaxşı 100 klubunun siyahısı dərc olunub.
Qaynarinfo xəbər verir ki, Azərbaycandan siyahıya yalnız "Qarabağ" düşüb. Ağdam təmsilçisi 70-ci pillədə qərarlaşıb və bu mövqeyi Rumıniya "Styaua”sı ilə bölüşür. Qurban Qurbanovun başçılıq etdiyi komandanın aktivində 42,00 xal var.
"Qarabağ” məşhur klublardan "Fənərbağça”, "Betis”, "Renn”, "Lill”, "Real Sosyedad”, "Vest Hem”i geridə qoyub.
Siyahıya "Real” başçılıq edir. "Bavariya” ikinci, "Barselona” üçüncü pillədə qərarlaşıb.
Türkiyədən "Top-100”də üç komanda yer alıb. "Beşiktaş” 39-cu, "Qalatasaray” 48-cı, "Fənərbağça” 74-cü pilləni tutur.