Xəbər lenti

"Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu oldu!
İdman16:42 03.05.2022

"Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu oldu!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ" növbəti dəfə bu titula yiyələnib. Qurban Qurbanovun komandası çempionatın 25-ci turunda "Sabah"la üz-üzə gəlib. "Azərsun Arena"da baş tutan görüş 1:1 hesabı ilə nəticələnib. "Qarabağ"dan 47-ci dəqiqədə Kadi Borges rəqib qapısına yol tapıbsa, "Sabah"dan Kristian Da Silva fərqlənib (60).
Bu hesab "Qarabağ"ın Premyer Liqanın sonuna 3 tur qalmış çempionluğu rəsmiləşdirməsinə kifayət edib. Bununla da Ağdam təmsilçisi 9-cü dəfə ölkə çempionu adını qazanıb.  
Günün digər qarşılaşmasında "Şamaxı" "Səbail"lə qarşılaşıb. Şamaxı şəhər stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb.
Səbuhi Həsənov