Xəbər lenti

"Qarabağ" "Şamaxı" ilə oyunda xal itirdi
İdman20:40 26.10.2025

"Qarabağ" "Şamaxı" ilə oyunda xal itirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının IX turunda "Qarabağ" evdə "Şamaxı" ilə görüşüb.
Qaynarinfo xəbər verir ki, "Azərsun Arena"da baş tutan qarşılaşma heç-heçə ilə nəticələnib - 0:0.
Bu nəticədən sonra "Qarabağ" 17 xalla ikinci pillədə qərarlaşıb. 10 xala malik "Şamaxı" isə 9-cu yerdədir.
Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0), "Neftçi" "Qəbələ"ni (2:1) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.