Xəbər lenti

"Qarabağ" Andradenin transferini rəsmiləşdirdi
İdman09:37 15.07.2023

"Qarabağ" Andradenin transferini rəsmiləşdirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" növbəti transferini reallaşdırıb.
 
Qaynarinfo xəbər verir ki, klub Patrik Andrade ilə müqavilə imzalayıb. Bu barədə Ağdam təmsilçisi rəsmi məlumat yaysa da müqavilənin detalları hələ açıqlanmayıb. 
Bu Andradenin "Qarabağ"a ikinci gəlişidir. İlk dəfə 2020-ci ildə Bolqarıstan "Çerno More"sindən transfer olunan yarımmüdafiəçi 2022-ci ildə Serbiya "Partizan"ına getmişdi. Ancaq burada cəmi bir il oynadıqdan sonra yenidən "Qarabağ"a qayıtmağa üstünlük verib. 
Səbuhi Həsənov