Xəbər lenti

"Qarabağ” Avroliqanın ən yaxşıları arasında
İdman17:02 25.10.2022

"Qarabağ” Avroliqanın ən yaxşıları arasında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların yeni siyahısın tərtib edib.
Qaynarinfo xəbər verir ki, yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunan 10-luqda Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.
Son 5 rəsmi matçda 4 qələbə qazanan, 1 heç-heçə edən Ağdam təmsilçisi 3-cü pillədə qərarlaşıb. 5 görüşün hamısında qalib gələn "Fənərbaxça" (Türkiyə) və "Renn" (Fransa) isə ilk yerləri bölüşür.
Qeyd edək ki, "Qarabağ" bundan əvvəlki siyahıda 1-ci idi.