"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.
Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq, görüşü avstriyalı FİFA referisi Sebastian Qishamer idarə edəcək.
Azərbaycan çempionu ilk turda evdə Norveç "Molde"sinə qalib gəlib - 1:0.
UEFA Avropa Liqası, qrup mərhələsi, ikinci tur
H qrupu
23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Sebastian Qishamer (Avstriya).
Höteborq. "Ullevi” stadionu.
Səbuhi Həsənov