"Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan "Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.
Qaynarinfo-nun məlumatına görə, Vüqar Əsgərlinin baş məşqçisi olduğu kollektiv beynəlxalq turnir qrup mərhələsində son matçına çıxıb.
Təmsilçimiz üçüncü turda Belarus təmsilçisi BATE ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. "Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.
İlk iki turda Rusiya təmsilçiləri "Zvezda” və "Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən komanda qrup mərhələsini yeddi xalla başa vurub. "Qarabağ” B qrupunda birinci yeri tutub. U-15 bununla da 1/4 finala yüksəlib.
Növbəti mərhələnin matçları sabah keçiriləcək.
Səbuhi Həsənov