Xəbər lenti

“Qarabağ” braziliyalı yarımmüdafiəçiyə təklif göndərdi
İdman17:32 09.01.2023

“Qarabağ” braziliyalı yarımmüdafiəçiyə təklif göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” Belçikanın "Beveren” klubunda çıxış edən braziliyalı futbolçu Lukas Ribeyru Kosta ilə maraqlanır.
Məlumata görə, "köhlən atlar” 25 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərib.
"Sambaçı”nın xidmətində digər ölkə təmsilçiləri, həmçinin Rusiyanın 2 klubu da maraqlıdır. İddiaya görə, Azərbaycan çempionunun təklifi oyunçunu daha çox cəlb edib.
Qeyd edək ki, Lukas Ribeyru Kosta daha əvvəl Fransanın "Valensyen”, Belçikanın "Ekselsior”, "Şarlerua” və "Muskron” klublarında da çıxış edib.