Xəbər lenti

"Qarabağ" bu gün Fransaya yola düşür
İdman07:16 25.10.2022

"Qarabağ" bu gün Fransaya yola düşür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının qrup mərhələsində "Nant” ilə qarşılaşacaq "Qarabağ” bu gün Fransaya yollanacaq.
Qaynarinfo xəbər verr ki, Ağdam təmsilçisini aparacaq təyyarə saat 17:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.
Oktyabrın 26-da saat 19:10-da (Bakı vaxtı ilə 21:10) baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 19:30-da isə (Bakı vaxtı ilə 21:30) matçın keçiriləcəyi "Beaujoire” stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.
"Nant” – "Qarabağ” oyunu oktyabrın 27-i Bakı vaxtı ilə 23:00-da baş tutacaq.
Səbuhi Həsənov