Misli Premyer Liqasının III turunda "Qarabağ" "Karvan-Yevlax"a qalib gəlib.
	
Qaynarinfo xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçda Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb.
	
 
Matçda hesab 11-ci dəqiqədə açılıb. Elvin Yunuszadə topu öz qapısından keçirib. 72-ci dəqiqədə Emmanuel Addai yekun nəticəni müəyyənləşdirib.
	
Ağdam təmsilçisi cari mövsüm ilk qalibiyyətini əldə edərək 3 xala malik olub. Yevlax kollektivi isə 4 xalda qalıb.
	
Qeyd edək ki, III turun daha əvvəl baş tutan görüşlərində "Turan Tovuz" "Neftçi"ni (1:0), "Zirə" "Kəpəz"i (5:0), "Araz-Naxçıvan" "Qəbələ"ni (2:1) məğlub edib. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1.
             
            
Şərhlər