Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, Ağdam klubu qitənin ən nüfuzlu klub turnirinin pley-off mərhələsində Çexiya "Viktoriya Plzen"i ilə cavab oyununa çıxacaq.
"Doosan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək.
Qurban Qurbanovun baş məşqçisi oldiğu komanda Bakıdakı ilk oyunda qolsuz heç-heçəylə kifayətlənib. Cavab görüşündə qalib gələn komanda turnirin qrup mərhələsinə vəsiqə qazanacaq. Məğlub tərəf isə yoluna Avropa Liqasının qrupunda davam edəcək.
Ağdam təmsilçisi son iki matçda olduğu kimi, yenə meydana ciddi itkilərlə çıxacaq. Kapitan Maksim Medvedev və kolumbiyalı müdafiəçi Kevin Medina zədə səbəbindən oyunu buraxacaqlar. Meydan sahiblərindən isə kapitan Lukaş Heyda cəzalı olduğu üçün görüşdə iştirak etməyəcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
23 avqust
"Viktoriya" (Plzen, Çexiya) - "Qarabağ" (Azərbaycan) 0:1
Qollar: Yan Kopits, 58, Yan Kliment, 73 - Filip Ozobiç, 38
"Viktoriya": 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel, 44. Libor Holik
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu N Diay
Baş məşqçi: Mixal Bilek
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 8. Marko Yankoviç, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77 Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Artur Diaş, Ruy Tavareş, Paulu Soareş, Fabiu Verisimu
VAR hakimləri: Tyaqu Martinş, Luiş Qodinyu (hakimlər hamısı Portuqaliyadandır)
Plzen. "Doosan Arena"