Xəbər lenti

"Qarabağ"da şok itki: Yeni transfer iki ay oynamayacaq
İdman20:38 02.08.2026

"Qarabağ"da şok itki: Yeni transfer iki ay oynamayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ"ın futbolçusu Zakariya Savonun zədəsinin durumu müəyyənləşib.
Klubdan Qaynarinfo-ya verilən məlumata görə, UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA (Sofiya) komandasına qarşı səfərdə keçirilən cavab oyununda zədələnən isveçli hücumçunun müayinəsi zamanı sağ bud əzələsinin qismən yırtıldığı aşkarlanıb.
Bildirilib ki, Savonun təxminən 8 həftədən sonra yaşıl meydanlara qayıtması gözlənilir.