Xəbər lenti

"Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzatdı
İdman21:53 20.02.2025

"Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son Azərbaycan çempionu "Qarabağ" təcrübəli qolkiperi Şahruddin Məhəmmədəliyev ilə müqavilə müddətini uzadıb.

Qaynarinfo xəbər verir ki, tərəflər arasında iki illik müqavilə imzalanıb.

Qeyd edək ki, Şahruddin "köhlən atlar"la yeddi dəfə Azərbaycan çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb. O, Azərbaycan millisində 29 oyun keçirib.