Xəbər lenti

"Qarabağ" daha bir yoxlama oyununda uduzdu
İdman22:25 01.07.2026

"Qarabağ" daha bir yoxlama oyununda uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.
Qaynarinfo xəbər verir ki,  Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Macarıstanın "Ferenstvaroş" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 1:0.
Azərbaycan təmsilçisi günün ilk yoxlama matçında Ukraynanın "Xarkov" kollektivinə 2:6 hesabı ilə məğlub olub.
Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.