XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ"dan yubiley qələbəsi
İdman06:15 29.05.2023

"Qarabağ"dan yubiley qələbəsi

"Qarabağ” Azərbaycan çempionatlarında 300-cü ev qələbəsini qazanıb.
 
Qaynarinfo-nun məlumatına görə, bu, Misli Premyer Liqasının 36-cı turunda baş verib. Qurban Qurbanovun yetirmələri mövsümün son matçında "Turan Tovuz”a qalib gəlib – 3:1.
Ağdam klubu 1992-ci ildən keçirilən ölkə çempionatlarında 300-cü ev qələbəsini 438-ci oyunda bayram edib. "Qarabağ” bu göstəricidə mütləq rekordçudur.
Ağdamlıların ilk ev qələbəsi 1992-ci mayın 6-da qeydə alınıb. Həmin gün Kürdəmir "Şirvan”ını qəbul edən "Qarabağ” 6 cavabsız qolla qələbə qazanıb.
Səbuhi Həsənov