Xəbər lenti

"Qarabağ" dünya reytinqində 8 pillə irəlilədi
İdman10:09 11.11.2022

"Qarabağ" dünya reytinqində 8 pillə irəlilədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Qaynarinfo IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, 301 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" yer alıb.
Aktivində 143,5 xal olan "köhlən atlar" 8 pillə irəliləyərək 83-ü olub.
"Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent” reytinqdə təmsilçimizdən geridə qalıb. Belçika klubu 80-ci pilləni 87-ci yerə dəyişib.
Reytinq cədvəlində lider dəyişib. Braziliya klubu "Flamenqo” zirvəni ələ keçirib. Adıçəkilən klub 329 xala malikdir. "Liverpul”da da irəliləyiş müşahidə olunub. İngiltərə nəhəngi (311 xal) 5-cilikdən 2-ci yerə qədər yüksəlib. İlk "üçlüy”ü isə ötən ay siyahıya başçılıq edən "Palmeyras” (Braziliya - 308) qapayır.
İlk "10-luğ”un digər pillələrində müvafiq olaraq "Real” (İspaniya), "Çelsi” (İngiltərə), "Mançester Siti” (İngiltərə), "Bavariya” (Almaniya), "Benfika” (Portuqaliya), "İnter” (İtaliya) və "Leypsiq” (Almaniya) qərarlaşıb.