Xəbər lenti

“Qarabağ” - FCSB oyununun biletləri satışa çıxarılır
İdman09:33 13.01.2025

“Qarabağ” - FCSB oyununun biletləri satışa çıxarılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ” - FCSB (Rumıniya) oyununun biletləri bugün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
Qaynarinfo xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir. 
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.