Xəbər lenti

İdman 10:40 28.07.2022

“Qarabağ” - “Ferensvaroş” oyununun vaxtı açıqlandı

"Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->