İdman 21:58 03.08.2022

"Qarabağ" - "Ferentsvaroş": İlk oyunda qalib müəyyənləşmədi

Azərbaycan çempionu "Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Fanat.az-ın məlumatına görə, Ağdam klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Macarıstan çempionu "Ferensvaroş”u qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanın birinci hissəsində azarkeşlər 3 qol izləsələr də, bunun biri hesaba alınmayıb. "Ferensvaroş”un hesabı açmasına baxmayaraq, Ağdam təmsilçisi bərabərlik topunu vurmağı bacarıb. İlk yarının sonlarında isə "Qarabağ”ın ikinci qolu VAR sisteminə baxıldıqdan sonra ləğv edilib.

İkinci hissədə mübarizə daha çox meydanın mərkəzində keçib. Nəticədə qarşılaşmada başqa qol olmayıb. "Qarabağ” cüzi üstünlüyünü qola çevirə bilməyincə, evdə bərabərliklə kifayətlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
İlk oyun

3 avqust
Qarabağ (Azərbaycan) - Ferentsvaroş (Macarıstan) 1:1
Qollar: Kvabena Ovusu, 34 - Frank Boli, 18.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Ferentsvaroş: 90. Deneş Dibus, 3. Sami Mmae, 4. Mats Knuster, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 70. Frank Boli, 93. Aissa Laiduni.
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 61. Sabolç Merql, 5. Muhamed Beşiç, 15. Adnan Kovaçeviç, 19. Balint Veçei, 23. Lorand Paska, 25. Rasmus Telander, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş.
Baş məşqçi: Stanislav Çerçesov.
Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (İsveç).
VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (Niderland).
Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.