Xəbər lenti

İdman 21:42 30.07.2022

"Qarabağ" - "Ferentsvaroş" oyununun biletləri satışa çıxır: Qiymətlər necədir?

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ” - "Ferentsvaroş” (Macarıstan) oyununun biletləri sabah - iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.

Satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılacaq (11:00-22:00).


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?