Xəbər lenti

"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqladı
İdman19:54 18.05.2026

"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqlayıb.
Ağdam təmsilçisindən Qaynarinfo-ya verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.
Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.
Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.
Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.