Xəbər lenti

"Qarabağ" - "Frayburq": Bir gündə 20 min bilet satıldı!
İdman09:04 29.10.2022

"Qarabağ" - "Frayburq": Bir gündə 20 min bilet satıldı!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ” - "Frayburq” (Almaniya) matçına bilet satışı davam edir.
Qaynarinfo xəbər verir ki, bu qarşılaşmaya olduqca böyük maraq var. Belə ki, satışa çıxan biletlərin 20 min ədədi elə ilk gündə öz sahibini tapıb. Bu haqda klubdan rəsmi məlumat verilib.  
Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
Azarkeşlər biletləri Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək), Iticket.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış) və Park Bulvardakı "Qarabağ”ın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində satılır (11:00-22:00).
Səbuhi Həsənov