İdman 11:36 28.10.2022

“Qarabağ” - “Frayburq” matçının biletləri satışa çıxarıldı

UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ” - "Frayburq” (Almaniya) oyununun biletləri bu gün satışa çıxarılıb.
 
Qaynarinfo xəbər verir ki, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.
 
Azarkeşlər biletləri aşağıdakı satış məntəqələrindən ala bilərlər:

Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
 
Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
 
Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).
 
Səbuhi Həsənov