İdman 09:45 01.11.2022

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ”ın turnirin qrup mərhələsinin VI turunda Almaniyanın "Frayburq” klubuna qarşı keçirəcəyi oyununu idarə edəcək hakimlər açıqlanıb.

Qaynarinfo xəbər verir ki, noyabrın 3-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Belarusdan olan hakimlər briqadası idarə edəcək:

"Qarabağ” - "Frayburq”
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Aleh Maslianka
Dördüncü hakim: Dmitry Dmitriyev
VAR: Tiago Bruno Lopes Martins (Portuqaliya)
AVAR: Hugo Filipe Ferreira C. Moreira Miguel (Portuqaliya)
Hakim-inspektor: Georgios Bikas (Yunanıstan)
UEFA nümayəndəsi: Boriana Stoycheva (Bolqarıstan)
3 noyabr. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:45