Xəbər lenti

"Qarabağ" Gəncədə xal itirdi (FOTOLAR)
İdman11:57 04.02.2023

"Qarabağ" Gəncədə xal itirdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Qaynarinfo xəbər verir ki, günün yeganə oyununda "Kəpəz" "Qarabağ"ı qəbul edib.
Gəncə şəhər stadionundakı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hesabı 24-cü dəqiqədə Ağdam təmsilçisinin hücumçusu Musa Qurbanlı açıb. 49-cu dəqiqədə meydan sahiblərindən Ahmed Ayzaya bərabərlik qolunun müəllifi olub.
Xallarının sayını 57-yə çatdıran "köhlən atlar" liderdir. 14 xala malik Gəncə klubu 9-cu pilləyə yüksəlib.
Qeyd edək ki, turun "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" oyunları fevralın 5-də, "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçları isə fevralın 6-da keçiriləcək.